“Sentyabrda dolların qiymətinin artması ilə bağlı fikirlərin heç bir əsası yoxdur”.
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank yumşaq devalvasiya siyasəti həyata keçirir: “Manat yumşaq devalvasiyaya məruz qalacaq. Bu, çox düzgün siyasətdir. Manatın qorunub saxlanması əlbəttə ki, problemli məsələdir”.

V.Əhmədov hesab edir ki, manatın əsas vəziyyəti dünya bazarında neftin bazar qiymətindən asılıdır: “Çünki bizim ixracımızın əsasını neft təşkil edir. Neftin qiymətində ciddi dəyişiklik yoxdur. 45-50 dollar arasında dəyişir. Bu proses ilin axırına kimi belə vəziyyətdə qalacaq. Ona görə də dolların qiymətinin artması ilə bağlı gəzən fikirlər şayiədən başqa bir şey deyil”.


Şərhlər