Menu

Rusiya Qafqazda böyük ordu birlikləri cəmləşdirir

28.08.2016, 13:43
Rusiya Qafqazda böyük ordu birlikləri cəmləşdirir

Hərbi birləşmələrin qəfil yerdəyişməsi “Qafqaz-2016” strateji təlimi çərçivəsində həyata keçirilir

Rusiya Qərb, Mərkəz və Şimal Hərbi dairələrindəki böyük ordu və hərbi dəniz qüvvələrinin birləşmələrinin bir qismini Cənub Hərbi Dairəsindəki poliqon və aerodromlara yerləşdirib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kommunikasiya Departamenti məlumat yayıb.

Hərbi birləşmələrin qəfil yerdəyişməsi Rusiya Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin yoxlanılması məqsədilə və sentyabrda keçiriləcək “Qafqaz-2016” strateji təlimi çərçivəsində həyata keçirilir. Hərbi birləşmələrin yerdəyişmə prosesi avqustun 25-dən başlanıb və avqustun 31-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol