Menu

Özbəkistan prezidenti xəstəxanaya yerləşdirilib

28.08.2016, 17:55

Islam Kerimov 101012İslam Kərimov stasionar müalicə olunur

Özbəkistan prezidenti İslam Kərimov stasionar müalicə olunur.

"Report"un məlumatına görə, bu barədə Özbəkistan Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir.

"Özbəkistan Respublikası Nazirlər Kabineti xəbər verir ki, Özbəkistan Respublikasının prezidenti İslam Kərimov stasionar şəkildə müalicə olunur", - deyə məlumatda qeyd olunur.

Mütəxəssislərin fikrincə, prezidentin tam tibbi müayinəsi və sonrakı müalicəsi müəyyən zaman tələb edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol