Menu

Dolların bu günə olan məzənnəsi - Açıqlandı

29.08.2016, 09:46
Dolların bu günə olan məzənnəsi - Açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 26-sı ilə müqayisədə dəyişməyərək 1,6280 manat təşkil edib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,74% zəifləyərək 1,8238 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası dəyişməyərək 0,0251 manat səviyyəsində qalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,52% zəifləyərək 0,5515 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1364 manatdır. Beləliklə, funt sterlinq 0,64%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,11% artaraq 0,7133 manat təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol