Menu

Bakının mərkəzində 12 yaşlı uşağın meyiti tapılıb

29.08.2016, 14:58

Qadini-meyit1Bakının Nəsimi rayonunda 12 yaşlı uşağın meyiti aşkarlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə M.Cəlal küçəsi ev 205-in qarşısında qeydə alınıb.

Həmin ünvanda Yevlax rayon sakini 2004-cü il təvəllüdlü Əlixan Məmmədovun üzərində zoraklıq əlamətləri görünməyən meyiti aşkar olunub.

Ə.Məmmədovun dilənçiliklə məşğul olduğu ehtimal edilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunun əməkdaşları tərəfindən istintaq davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol