Menu

Mənzildən 17 min dollar pul və 25 min dollarlıq qızıl oğurlanıb

29.08.2016, 16:35

ogurluqBakı şəhərində mənzildən külli məbləğdə pul və qızıl-zinyət əşyaları oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 21 ünvanında qeydə alınıb.

Həmin evdə yaşayan 1980-cı il təvəllüdlü Leyla Abdullayevanın mənzilindən açıq pəncərədən keçməklə 17 000 ABŞ dolları və 25 000 ABŞ dolları dəyərində qızıl-zinyət əşyaları oğurlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən istintaq aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol