Menu

Putin Türkiyə və Rusiya futbol yığmalarının oyunu - İzləməyəcək

29.08.2016, 17:09

Vladimir_Putin_150412_albom_4Dmitri Peskov: Biz uzaqdan azarkeşlik edəcəyik

Rusiya prezidenti Vladimir Putin Türkiyə və Rusiya futbol yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün Türkiyəyə getməyəcək.

"Report" RİA "Novosti" yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Xeyr, getməyəcəyik. Biz uzaqdan azarkeşlik edəcəyik", - deyə D.Peskov bildirib.

Xatırladaq ki, futbol üzrə Türkiyə və Rusiya milli komandaları avqustun 31-də Antalya şəhərində yoldaşlıq oyununda üz-üzə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol