Menu

Yevlaxda avtomobillə traktor toqquşub - Ana və oğlu ölüb

30.08.2016, 12:52

Qezada-sinmish-padpres-180912Yevlax və Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 29-da saat 23 radələrində Yevlax rayonunun Qaraməmmədli kəndində kənd sakinləri Əli Heydərovun idarə etdiyi “MTZ-80” markalı traktorla və Qəhrəman Allahverdiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub. Nəticədə Q.Allahverdiyev və sərnişini - anası Raya hadisə yerində ölüb.

Avqustun 28-də isə Goranboy rayonunun Dəliməmmədli şəhərində rayon sakini Pünhan Məsiyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə P.Məsiyevin sərnişini Süleyman Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Hər bir faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol