Menu

“Vəzifəyə qoyub-çıxaran bir kişi var..."- Cavid Qurbanov danışdı

18.04.2014, 17:32
“Vəzifəyə qoyub-çıxaran bir kişi var..."- Cavid Qurbanov danışdı

"Mən onun əsgəriyəm, hansı küncə qoysa orada da duracağam"

“Kimin xoşuna gələr ki, Bakının içərisində basabas, tıxac olsun. Amma sadəcə şəhərin strukturu elədir ki, onun üç tərəfi sudur, bircə tərəf açıqdır. Maşın axını eyni istiqamətədir. Odur ki, əsas məqsədlər ondan ibarətdir ki, çıxış düzəlsin”. Bunu parlamentdə jurnalistlərə açıqlamasında deputat, “Azəryolservis” ASC-nin prezidenti Cavid Qurbanov deyib. Pirallahı rayonunu Abşeronla birləşdirən yolun çəkilişinə münasibət bildirən C.Qurbanov bunu qlobal bir məsələ adlandırıb: “Sovet vaxtında o qədər lazımsız şeylər, beton zavodları, təmir zavodları tikmişdilər. Bütün dünya ölkələri öz dənizindən dincəlmək, istirahət mərkəzləri üçün istifadə edir. Amma bizdə bunlar üçün istifadə olunmur. Təsəvvür edin ki, körpü salınıb. Belə olan halda görünüş itə bilər. Bu məsələ qaldırılıb, prezident həmin layihə ilə tanış oldu. Bu siyasi bir qərardır. Həmin körpü altdan və ya üstdən gedəcək, bunu fikirləşmək lazımdır. Təmizlənmiş, düzəlmiş bulvarı kəsəkmi, yoxsa aşağıdan keçsin. Bir mütəxəssis kimi hesab edirəm ki, dənizin qabağı açıq olmalıdır və Dənizkənarı Milli Parkı körpü salaraq kəsmək olmaz”.

Yol kənarlardakı səkilərin hündürlüyünün dünya standartlartın uyğun olmaması məsələsinə aydınlıq gətirən deputat bildirib ki, bunu hər hansı bir ölkə qəbul edirsə, bizim qəbul etməyimizin nəyi pisdir: “Dəniz kənarında 4 zolaqlı yollar düzəldilib. Baxsanız, görərsiniz ki, onların hamısı tərs gedir. Yollarda yolüstü keçidlər var. Yaşlı qadın, kişi dəmirin üstündən keçir, 5 metr aralıdakı keçiddən keçmir. Bəs neyləyək? Londonda yolların hamısı xüsusi dəmirlərlə ayrılır. Onların quruluşu keçmiş quruluşdur. Bizim şəhərimiz də yenidən qurulur. Biz də istəyirik ki, daha gözəl, müasir, qiymətli olsun”. ASC rəhbəri deyib ki, “Şanxay” deyilən yer söküləcək: “Gələcəkdə həmin ərazinin sökülməsi planda var. Həmin ərazidə gözəl yollar tikiləcək. Bildiyimə görə, orada park salınacaq”.

Ölkə başçısının avtodayanacaqlarla bağlı verdiyi qərara münasibət bildirən C.Qurbanov yerüstü avtomobil dayanacaqlarının salınması ilə bağlı fikirlərə də münasibət bildirib: “Avstriyada, Parisdə insanlar 300 il bundan əvvəl şəhəri tikəndə onun bünövrəsini qoyublar. Məsələn, orada kanalizasiya yerlər var. Həmin şəhəri tikən mühəndis fikirləşib ki, bu şəhər nə zamansa 4 milyonluq ola bilər. Bunu hesablayıb tikiblər. Amma Bakı şəhərində bu altyapı deyilən bir şey yoxdur. Çox sərəncamlar səhv verilib ki, parkinqlər olmayıb. Ona görə də şəhərdə çoxlu basabas əmələ gəlib. Bizdə tıxac yoxdur. Küçələrimiz dardır. Şəhərdə çoxlu gecəqondularımız var. Şəhərimiz onsuz da köndələndir. Kim necə istəyib, balkon çıxardıb, kim istəyib, sambo tikib yola çıxarır. Hesab edirəm ki, bu bir psixologiyadır. İnsanlar yavaş-yavaş buna hazırlaşıb gəlməlidir. Bütün bu məsələlərin həlli üçün zaman lazımdır”.

C.Qurbanov deyib ki, ölkə başçısı tam haqlıdır: “Dünyanın hər bir yerində küçələrdə polislər dayanır. Avtomobil lazım olmayan yerdə saxlayırsa həmin polis avtomobil sahibini cərimələyir. Bunu Dövlət Yol Polisi ilə bərabər bir plan hazırlanmalıdır ki, avtomobil şəhərin bu yerlərində durmalıdır. Bunun üçün aparatlar, kameralar qurulmalıdır. Səhv edən şəxslər ciddi cəzalandırılmalıdır. Qalan şəxslər üçün də şərait yaradılmalıdır ki, maşını haradasa saxlayıb getsinlər”.

Avtodayanacaqlardakı qiymətlərin bahalığına gəlincə isə C.Qurbanov bildirib ki, bu məsələyə Tarif Şurası qərar verir.

C.Qurbanov son günlər barəsində dolaşan söz-söhbətlərlə bağlı isə bunları bildirib: “Mən sarı mətbuata inanmıram. Bir vaxtlar deyirdilər ki, Brejnev sağdır və 18 yaşında bir xanımla haradasa yaşayır. Vəzifəyə qoyub, çıxardan bir kişi var. Qərarı o qəbul edir. Mən onun əsgəriyəm. O hansı küncə qoysa orada da duracağam”. “Azəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin balansından çıxarılacağı ilə bağlı da xəbərlərə gəldikdə, o, qeyd edib ki, ASC-nin nazirlikdən ayrılmasına ehtiyac yoxdur: “Bizim bir problemimiz yoxdur. Biz Nəqliyyat Nazirliyinin tərkib hissəsiyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol