Menu

Ərdoğan Obamadan Gülənin ekstradisiyasını istəyəcək- Tələb

31.08.2016, 15:17

erdogan obamaSammit çərçivəsində Rəcəb Tayyib Ərdoğanla Barak Obamanın görüşəcəyi gözlənilir

 "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə Fətullah Gülənin ektradisiyası məsələsini müzakirə edəcək".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin təmsilçisi İbrahim Kalın bildirib.

Qeyd edək ki, sentyabrın 4-5-də Çində "Böyük-20"liyin ("G-20") zirvə toplantısı keçiriləcək. Həmin sammit çərçivəsində Rəcəb Tayyib Ərdoğanla Barak Obamanın görüşəcəyi gözlənilir.

Xatırladaq ki, Fətullah Gülən başçılıq etdiyi Fətullahçı terrorçu təşkilatı (FETÖ) iyulun 15-də Türkiyədə dövlət çevirlişinə cəhd edib. FETÖ lideri hazırda ABŞ-dadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol