Menu

Şimali Koreyada nazir raketlə vuruldu – İslahat təklifinə görə

31.08.2016, 23:12
Şimali Koreyada nazir raketlə vuruldu – İslahat təklifinə görə

Şimali Koreya diktatoru Kim Jong-Un, onun çıxışı vaxtı yuxuya gedən bir nazirlik yetkilisini təyyarəvuran raketlə edam etdirib. “AzPolitika.info” Türkiyə KİV-lərinə istinadla, bu barədə məlumat verir.

Edam olunan yüksək rütbəli məmur Şimali Koreyanın təhsil nazirliyində çalışıb.

Cənubi Koreya nəşri “Joongang Ilbo’”nun məlumatına görə isə kənd təsərrüfatı naziri Hwang Min də Kim-in qəzəbinə gələrək, eyni üsulla – təyyarəvuran raketlə vurularaq öldürülüb. Nazir, kənd təsərrüfatında məhsuldarlığı artırmaq barədə təkliflərinin qurbanı olub. Kim, bu təkliflərin onun iqtidarının altını oya biləcəyini düşünərək, naziri edam etdirib.

Nazir və yüksək rütbəli təhsil məmurunun paytaxt Pxenyandakı bir hərbi akademiyada edam edildikləri bildirilir.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol