Menu

Avto FM radiosu fəaliyyətini dayandırıb

01.09.2016, 09:45
Avto FM radiosu fəaliyyətini dayandırıb

Azərbaycanda fəaliyyət göstərən “Avto FM - 107.7 FM” radiosu yayımını dayandırıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat təsdiqlənib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova “Report”a açıqlamasında Avto FM-in yayımının dayandırılması məsələsini şərh edib. O bildirib ki, sentyabrın 1-də “Avto FM” MMC ilə NİİM arasında bağlanan xidmət müqaviləsi başa çatıb və bununla da müqaviləyə xitam verilib: “Sadəcə “Avto FM” MMC ilə müqaviləyə xitam verilib. Ancaq işçilər işdən azad edilməyib. Eyni heyət yenə də öz işinə davam etdirir. NİİM-in tərkibində yaradılan radionun fəaliyyətinə aid bütün səlahiyyətlər artıq Bakı Nəqliyyat Agentliyinə aiddir. Çünki NİİM də agentliyin tabeçiliyindədir”.

2013-cü ildə fəaliyyətə başlayan Avto FM 107.7. MHz tezliyində yayımlanırdı.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının 2 aprel 2013-ci il tarixli qərarı ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol