Menu

Silahlı şəxs İstanbulun mərkəzini bir-birinə qatdı - VİDEO

01.09.2016, 18:26
Silahlı şəxs İstanbulun mərkəzini bir-birinə qatdı - VİDEO

Taksim meydanında bir əlində silah, bir əlində isə çiçək olan şəxs polisə çətin anlar yaşadıb. Milli.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, əlindəki bir dəstə çiçək ilə Taksim meydanına gələn adam belindən çıxardığı tapança ilə havaya atəş açıb. Sonra tapançanı başına söykəyən şəxs bir müddət bu vəziyyətdə gəzib.

Vətəndaşların xəbərdarlığı ilə hadisə yerinə gələn polis şübhəlinin əlindəki tapançanı istəyib. Həmin şəxs polislə mübahisə etmədən tapançanı təhvil verib. Köməyə gələn polislər şübhəlini nəzarətə götürüb yerə yatırtmaq istəsələr də, bu asan olmayıb.

Dörd polis şübhəlini heç cür yerə yatıra bilməyiblər. Bundan sonra polislərdən biri onu zərərsizləşdirmək məqsədi ilə bibər qazı istifadə edib.

Nəzarətə götürülən şəxs qandallanaraq bölməyə aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol