Menu

İsmayıllıya yağan leysan və dolu ciddi fəsadlar törədib

01.09.2016, 22:36

1313410625_doluBir necə ucqar dağ kəndinə gediş-gəliş məhdudlaşıb

Axşam saatlarında İsmayıllı rayonuna güclü leysan və dolu düşüb.

"Report"un Şirvan bürosunun məlumatına görə, yağıntı, əsasən ucqar dağlıq ərazilərdə yerləşən Qalacıq, Sumaxallı, İstisu və Çayqovuşan kəndlərini əhatə edib.

Təbiət hadisəsi nəticəsində evlərin və tikililərin dam örtüyünə, eyni zamanda vətəndaşlara məxsus avtomobillərə ciddi ziyan dəyib. Göyçay çayının qollarında daşmalar əmələ gəlib. Nəticədə fərdi təsərrüfatlara, meyvə ağaclarına ziyan dəyib.

Hazırda sözügedən kəndlərə gediş-gəliş qismən məhdudlaşıb. Yollarda yarğanlar əmələ gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol