Menu

Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək 

02.09.2016, 11:23
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək 

Nazir Bakıya ADEX-2016 müdafiə məhsulları sərgisində iştirak etmək üçün gələcək

Türkiyənin müdafiə naziri Fikri İşık Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.

Nazirin Bakıya "ADEX-2016" müdafiə məhsulları sərgisində iştirak etmək üçün gələcəyi gözlənilir.

Qeyd edək ki, II Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi sərgisi (ADEX 2016) sentyabr ayının 27-dən 30-dək Bakı Ekspo Mərkəzində keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol