Menu

Yevlax sakininin həyətindən 61 ədəd çətənə kolu aşkar edilib

02.09.2016, 11:37
Yevlax sakininin həyətindən 61 ədəd çətənə kolu aşkar edilib

Həmin şəxs 61 ədəd çətənə kolunu aqrotexniki qulluq etməklə yetişdirib

Yevlax rayonunda narkotik tərkibli bitkilər əkib-becərən şəxs tutulub. "Report"un Qarabağ bürosunun məlumatına görə, narkotik tərkibli bitkilər rayonun Havarlı kənd sakini Elçin Fətulla oğlu Şərifzadənin həyətyanı sahəsində aşkar edilib.

Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E.Şərifzadə saxlanılıb. Onun həyətinə baxış keçirən zaman məlum olub ki, həmin şəxs 61 ədəd çətənə kolunu xüsusi aqrotexniki qulluq etməklə yetişdirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol