Menu

Özbəkistan prezidenti İslam Kərimov vəfat etdi

02.09.2016, 12:30

islamO, sovetlər dövrü ilə birlikdə Özbəkistanın 28 il rəhbəri olub

Özbəkistanın ilk prezidenti İslam Əbdülqənioviç Kərimov 78 yaşında vəfat edib.

"Report"un xəbərinə görə, bu barədə Haber7 məlumat yayıb.

"Reuters" agentliyi isə məlumatı üç diplomatik qaynağa istinadən yayıb.

Qeyd edək ki, İslam Kərimov 1938-ci il yanvarın 30-da Özbəkistanın Səmərqənd şəhərində anadan olub. O, keçmiş SSRİ-də Özbəkistan Kommunista Partiyasının I katibi (1989-1991) olub. 1990-cı ildən isə ölkənin prezidenti idi. İ.Kərimov sovetlər dövrü ilə birlikdə Özbəkistana 28 il rəhbərlik edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol