Menu

Dollar ilə bağlı kritik məlumat açıqlandı

02.09.2016, 17:01

dollar kredit azpolitikaQlobal bazarların maraqla gözlədiyi ABŞ-da qeyri kənd təsərrüfatı məşğulluq göstəricisi açıqlandı.

"Marja"ABŞ Əmək Nazirliyinin açıqladığı məlumata istinadən xəbər verir ki, Avqustda məşğulluq 151 min artıb. İqtisadçılar məşğulluğun 180 min artacağını gözləyirdilər.

ABŞ-da Avqustda işsizlik nisbəti isə 4,9%-də qalıb. İqtisadçılar işsizliyin 4,8%-ə düşəcəyini gözləyirdilər.

İyul ayı məşğulluq göstəricisi isə 255 mindən 275 minə yuxarı istiqamətdə dəyişdirilib.

Fed-in yaxından izlədiyi orta saatlıq maaşlar 0.1% artım ilə gözlətidən aşağı qalıb. Gözlənti 0.2% artım idi.

Qeyri kənd təsərrüfatı məşğulluq göstəricisi Fedin faiz qərarı baxımından da əhəmiyyət kəsb edir.

Göstəricilərin proqnozdan aşağı çıxması Fed-in Sentyabrda faizləri artıracağı ehtimalını zəiflədir. Fed faiz artırarsa dollar daha da güclənəcək, neft isə ucuzlaşacaqdır.

Məlumatın açıqlanmasının ardınca qlobal birjalarda Dollar ucuzlaşmağa başlayıb. Avro/dollar məzənnəsi 0,3% qalxaraq 1.1231 səviyyəsinə çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol