Menu

Sürücülərin nəzərinə: bu prospektdə keçid yol bağlıdır

02.09.2016, 17:51
Sürücülərin nəzərinə: bu prospektdə keçid yol bağlıdır

Təmir-tikinti işləri ilə əlaqədar olaraq Moskva prospektində avtomobil tunelindən çıxdıqdan sonra “20 Yanvar dairəsi” istiqamətinə keçid yol hissəsi müvəqqəti olaraq bağlanıb.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, sürücülər sözügedən prospektin avtomobil tunelinə çatmamış “Şamaxinka” deyilən əraziyə daxil olaraq “20 Yanvar dairəsi” istiqamətinə hərəkət edə bilərlər.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol