Menu

UEFA prezidentliyinə 3 namizəd təsdiq olunub

02.09.2016, 22:36

uefa-300x168FİFA Müşahidə Şurası UEFA prezidentliyinə namizədlərin siyahısını təsdiq edib.

Apasport.az saytının məlumatına görə, qarşıdakı seçkilərdə 3 namizəd mübarizə aparacaq.

Belə ki, ispaniyalı Anxel Mariya Vilyar, holland Mixael van Praq və sloveniyalı Aleksandr Çeferin qitənin ali futbol qurumuna başçılıq etmək üçün bir-biriləri ilə yarışacaqlar.

Qeyd edək ki, prezident seçkiləri sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək. Elə həmin gün də Mişel Platinin prezident postundan getməsi rəsmən elan olunacaq. Fransız 2007-ci ildən bu vəzifədə çalışırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol