Menu

12 yaşlı uşaq özünü bıçaqlayıb

03.09.2016, 09:42

bicaq-qanli-eldeYardımlı rayon sakini bıçaqlanma diaqnozu ilə bu gün səhər saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına daxil olub.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Arvana kənd sakini, 2002-ci il təvəllüdlü Əliş Aslan oğlu Süleymanov dərhal əməliyyat blokuna götürülüb, hazırda həkimlər onun yaralarının tikilməsi, digər zəruri yardımların göstərilməsinə cəlb olunublar.

Yardımlı Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın yerli bürosuna 12 yaşlı uşağın bıçaqlanmasının ehtiyatsızlıq səbəbindən zərərçəkmişin özü tərəfindən törədildiyi bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol