Menu

Şəmkirdə qadını avtomobil vurub

05.09.2016, 20:48

qezaŞəmkirdə 75 yaşlı qadını avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

Şəhər sakini 1941-ci il təvəllüdlü Əfruz Həsənova yaşadığı evin qarşısında yolu keçən zaman yük avtomobili tərəfindən vurulub. Xəsarət alan qadın Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sosial səhifələrdə paylaş

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol