Menu

Şimali İraqda 30 terrorçu zərərsizləşdirilib

05.09.2016, 22:18
Şimali İraqda 30 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri Şimali İraqa edilən hərbi əməliyyat ilə bağlı açıqlama verib.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Silahlı Qüvvələrin Baş Qərərgahı ötən bazar günü İraqın şimalındakı Gara bölgəsi istiqamətində hava hərəkatı nəticəsində aralarında separatçı terror təşkilatının liderlərinin də olduğu 30 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Açıqlamada deyilir ki, hava hərəkatı kəşfiyyat, eləcə də pilotsuz uçan aparat (PUA) vasitələrilə əldə olunan məlumatlara əsasında reallaşdırılıb: "Hərbi Hava Qüvvələrinə aid təyyarələr dünən günorta saatlarında Gara bölgəsində təsbit edilən iki hədəfi yerlə yeksan edib."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol