Menu

Əcnəbi mollalara QADAĞA

06.09.2016, 18:07
Əcnəbi mollalara QADAĞA

Azərbaycanda İslam dininə aid ayin və mərasimlərin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən aparılması qadağan edilir və buna görə cəza tətbiq olunur.

Milli Məclisdən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 168-1.1-ci maddəsinə əlavələr təklif edilir.

Əlavəyə əsasən, xaricdə dini təhsil alanlarla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də Azərbaycanda İslam dininə aid ayinlərin və mərasimlərin həyata keçirmələri qadağan olunur. Buna görə, 2 000 manatdan 5 000 manata qədər cərimə və ya 1 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.

Layihə Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol