Menu

Sabah NATO-nun baş katibi Gürcüstana səfər edəcək

06.09.2016, 23:59
Sabah NATO-nun baş katibi Gürcüstana səfər edəcək

Nizami Məmmədzadə-APA. Sentyabrın 7-də NATO-nun baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edəcək.APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşəcək. Sonra tərəflər sentyabrın 7-8-də keçiriləcək NATO-Gürcüstan sessiyasının açılışına qatılacaqlar.

NATO-nun baş katibinin səfər çərçivəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili, parlamentin sədri David Usupaşvili və parlament üzvləri, müdafiə naziri Levan İzoria, xarici işlər naziri Mixail Canelidze, habelə beynəlxalq və qeyri-hökumət təşkilatları və media ilə görüşü gözlənilir.

Səfər çərçivəsində NATO-nun baş katibi sentyabrın 8-də Milli Kitabxanada tələbələr qarşısında çıxış edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol