Menu

“Rusiya hazırda qlobal dəyişikliklərin astanasındadır” – Abdul Nağıyev

20.04.2014, 12:22
“Rusiya hazırda qlobal dəyişikliklərin astanasındadır” – Abdul Nağıyev

“Bu gün Ukrayna hadisələrindən sonra Rusiya siyasətində sanki bir eyforiya və ya radikal-vətənpərvərlik abu-havası hökm sürür”. Bunu AzPolitika.info-ya açıqlamasında Rusiyada Konstruktiv Siyasət Fondunun rəhbəri, politoloq Abdul Nağıyev deyib. O, Jirinovski və Duqinin Azərbaycana qarşı təhdidlərinin nə qədər real olub-olmamasına münasibət bildirərkən bildirib ki, bu abu-hava ölkədə real vəziyyətin hesablanmasının qarşısını alır:

“Jirinovski və Duqinin yaratdıqları fon isə əslində elə həmin abu-havanı yaratmaqdan ötrüdür. Əslində onlar Qərbin mövcud durumu daha da gərginləşdirməməsi üçün qarşı tərəfə mesaj göndərmək məqsədi ilə danşırlar. Hesab edirəm ki, Jirinovski və Duqin yeni heç bir şey demirlər. Onların səsləndirdiklərini Azərbaycan artıq 90-cı illərdə yaşayıb. Rusiya hazırda qlobal dəyişikliklərin astanasındadır. Necə və hansı səmtə yönələcəyini isə qabaqcadan söyləmək çox çətindir. Qərbin Rusiya ilə qarşıdurması, Moskvanın heç də ürəkaçan vəziyyətdə olmayan iqtisadiyyatına mənfi təsir göstərir. Azərbaycanda isə unutmamalıdırlar ki, XX əsrin sonu və 90-cı illərin əvvəllərində, məhz Kremlin zəiflədiyi dönəmdə Azərbaycan təcavüzə məruz qalmışdı”.

Xatırladaq ki, ötən gün Putin rejiminin ideoloqlarından hesab edilən Aleksandr Duqin “Rusiya Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün qarantıdır. Eyni zamanda Rusiya Dağlıq Qarabağın da qarantıdır” deyə öz çıxışında bildirmişdi. Rusiya Dumasının deputatı Vladimir Jirinovski isə artıq dəfələrlə, Rusiyanın növbəti hədəfinin Dağlıq Qarabağ olacağını söyləyir.

Onu da qeyd edək ki, Rusiya politoloqu Boris Nemtsov isə Jirinovskinin sözlərini təsdiq etdiyini bəyan edib.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol