Menu

 "At izi it izinə qarışıb" - Ərdoğan

07.09.2016, 17:51
 "At izi it izinə qarışıb" - Ərdoğan

«FETÖ əməliyyatında at izi it izinə qarışıb. «Ortaya bir şey atım, tutarsa, tutar» deyənlər var». Bəziləri məhz belə edir».

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çində keçirilən G-20 sammitindən qayıdarkən jurnalistlərin suallarını cavablandıranda deyib.

Ərdoğan açıqlaması ilə FETÖ əməliyyatı çərçivəsində günahsız şəxslərin də qurban getdiyi barədə iddialara aydınlıq gətirib: «Bəzən imkan olanda telekanalları izləyirəm. Elə şərhlər verilir ki, günahlandırdıqları o insanın bu işlə heç bir əlaqəsi yoxdur. Amma o insana ittihamı yapışdırırlar. Bunlar doğru şeylər deyil. Bu cür yanlışlıqlardan uzaq durmaq lazımdır».  /azadlıq.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol