Menu

Slavyanskda yenə qan töküldü: 7 ölü -VİDEO

20.04.2014, 14:15
Slavyanskda yenə qan töküldü: 7 ölü -VİDEO

Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində toqquşmalar bərpa olunub. Musavat.com-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, şəhərin şimalında separatçıların qurduğu posta hücum edilib. Separatçıların lideri Vyaçeslav Ponomoryov bildirib ki, yeddi nəfər ölüb, yaralananlar var. Hər iki tərəfdan tələfatın olduğu bildirilir.

Posta kimlərin hücum etdiyi məlum deyil. Silahlı separatçılar hücum edənlərin iki maşınını ələ keçiriblər. Məlumata görə, maşınlarda “Pravay sektor” təşkilatının simvolu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol