Menu

Məhkəmə nazirliyin vətəndaşa qarşı şikayətini təmin etmədi

09.09.2016, 12:14
Məhkəmə nazirliyin vətəndaşa qarşı şikayətini təmin etmədi

Bakı Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin Şakir İsayev adlı şəxsə qarşı apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Ş. İsayev ona güzəştli şərtlərə görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Qərarla razılaşmayan dövlət qurumu isə apellyasiya şikayəti verərək qərarın ləğvini istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol