Bakıda və Abşeron yarımadasında şənbə günü, sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-22° isti, gündüz 27-32° isti, Bakıda gecə 18-20° isti, gündüz 29-31° isti olacağı gözlənilir.
Azərbaycan rayonlarında isə hava şəraiti əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Şərhlər