Menu

Salatın Əsgərovanın oğlu baş redaktor oldu

09.09.2016, 19:37
Salatın Əsgərovanın oğlu baş redaktor oldu

Tanınmış telejurnalist Ceyhun Əsgərov Aznews.az saytının baş redaktoru təyin olunub. Modern.az xəbər verir ki, Lent.az-a açıqlamasında C. Əsgərov faktı təsdiqləyib.

O bildirib ki, yeni vəzifəsinin icrasına tam şəkildə Qurban bayramından sonra başlayacaq: "İstirahət günlərindən sonra tam olaraq fəaliyyətə başlayacağıq. Dəyişikliklər, planlar da bayram günlərindən sonra məlum olacaq”.

Xatırladaq ki, C. Əsgərov Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın oğludur. O, uzun illər ANS telekanalında bir sıra verilişlərin aparıcısı olub. Sonuncu dəfə isə ANS ÇM radiosunun baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Aznews.az saytının baş redaktor vəzifəsi Elçin Zahiroğlunun istefasından sonra boşalmışdı. Dünən saytın rəhbərliyinə jurnalist Əvəz Qurbanlı gətirilsə də, o, son anda təsisçinin şərtlərilə razılaşmaığından baş redaktorluqdan imtina edib.

Belədə seçim Ceyhun Əsgərov olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol