Menu

"Qadın məhbusun körpəsi ölüb" - Penitensiar Xidmətdən açıqlama

10.09.2016, 11:12
"Qadın məhbusun körpəsi ölüb" - Penitensiar Xidmətdən açıqlama

Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı təqsirləndirilən Mahnurə Hüseynova istintaq təcridxanasında uşaq dünyaya gətirdiyini, lakin uşağın yoxa çıxdığını bildirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bununla bağlı araşdırma aparıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında bildirib ki, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11 və 181.3.3-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş Hüseynova Mahnurə Heydərəli qızı Bakı İstintaq təcridxanasında saxlanılan zaman hamiləliyi ilə əlaqədar olaraq doğum evinə göndərilib:

"Doğum evində o, qeysəriyyə əməliyyatı edilib və qız övladı dünyaya gəlib. Həmin uşaq yarımçıq doğulduğundan xüsusi aparatda saxlanılıb, anaya və uşağa lazımi tibbi yardım göstərilib. Ancaq bir gün sonra uşaq ölüb. Ölüm faktı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün sənədləşmə işləri aparılıb. M. Hüseynova müalicə kursu keçdikdən sonra təcridxanaya qaytarılıb".

Daha ətraflı: Həbsdə doğdu, uşaq yoxa çıxıb! – Azərbaycanda

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol