Menu

Bakıda məktəbin həyətində tank əleyhinə minalar tapılıb

21.04.2014, 14:54
Bakıda məktəbin həyətində tank əleyhinə minalar tapılıb

Bakının Səbail rayonunda iki ədəd tank əleyhinə mina aşkar edilib. APA-nın məlumatına görə, mina Səbail rayonu Əhəd Yaqubov küçəsində yerləşən 14 saylı Peşə Məktəbinin ərazisində tapılıb.

Söküntü işləri zamanı şübhəli əşya ilə qarşılaşan sakinlər Fövqəladə Hallar Nazirliyinə məlumat veriblər.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün dərhal hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər ərazidə lazımi təhlükəsizlik tədbirləri görüblər. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, bunlar təlim məqsədilə istifadə edilən iki ədəd tank əleyhinə “TM-62” markalı mina və iki ədəd mina partladıcısıdır.

Əraziyə baxış keçirilib, digər şübhəli əşya aşkar edilməyib.

Qeyd edək ki, Peşə Məktəbi hazırda fəaliyyət göstərmir, orada məcburi köçkünlər məskunlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol