"Alaves" La Liqada ilk qələbəsini qazanıb
"AzPolitika" xəbər verir ki, İspaniya Birinci Futbol Liqasında (La Liqa) "Barselona" öz meydanında liqanın yeni klubu "Alaves"lə qarşılaşıb. Rəqibin güclü müqaviməti ilə üzləşən "Barselona" meydandan 1-2 hesablı məğlubiyyətlə ayrılıb. Qonaq komandanın qollarını 39-cu dəqiqədə Deyverson və 64-cü dəqiqədə İbai Qomez vurub. "Barselona"nın yeganə qolunu isə 47-ci dəqiqədə Jeremi Mathieu vurub. Türk ulduz Arda Turan 64 dəqiqə meydanda qalıb.

Şərhlər