Menu

ELDAR MAHMUDOV TOYDA? - Sabiq nazirin aylar sonra üzə çıxdığı iddia olunur!

12.09.2016, 10:08
ELDAR MAHMUDOV TOYDA? - Sabiq nazirin aylar sonra üzə çıxdığı iddia olunur!

eldar-mainAzərbaycanın Milli Təhlükəsizlik Nazirliyini dövlət və vətəndaşlar üçün milli təhlükəyə çevirən sabiq nazir Eldar Mahmudovun nə zaman həbs olunacağına dair suallar bitmir.

Rəhbərlik etdiyi nazirlikdə mütəşəkkil cinayətkar dəstə yaradan Eldar Mahmudovun komandasından 21 nəfər həbsə alınsa da, ozü hələ də azadlıqdadır. İstintaq tərəfindən dəfələrlə dindirilməsinə baxmayaraq, nədənsə o, həbs olunmur. Sabiq nazirin “vurulandan” sonra içkiyə qurşandığı, səhhətində ciddi problemlərin yarandığı da verilən xəbərlər arasındadır.

Gununsesi.info Eldar Mahmudovla bağlı yeni xəbər əldə edib. Məlumata görə, sentyabrın 11-də sabiq MTN şefi yaxın dostu olan “AGBank”ın Müşahidə Şurasının sədri, keçmiş deputat Çingiz Əsədullayevin oğlunun toy məclisində iştirak edib. Toy şənliyi “Böyük Saray” adlı şadlıq sarayında təşkil olunub. Təxminən 2 saata yaxın məclisdə oturan sabiq nazir, Çingiz Əsədullayev tərəfindən avtomobilinə qədər yola salınıb.

***

Lakin musavat.com-un dəqiqləşdirdiyi məlumata görə, belə bir hadisə olmayıb. Çingiz adlı bir dövlət məmurunun övladının toyu olub, lakin o, Əsədullayev deyil, üstəlik, Eldar Mahmudov da orada olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol