“Le Monde Diplomatique” jurnalının sentyabr nömrəsində açıq müharibənin ayaq səslərinin duyulduğu barəsində danışılır. Qurban bayramı öncəsi oxucuları bu cür xoşagəlməz xəbərlərlə məyus etmək istəməzdim, lakin Maykl Klerin imzası ilə yayımlanan məqələnin məğzi bunu söyləyir.

Cənubi-Çin dənizində yaşananlar, Krım və Polşadakı irimiqyaslı hərbi təlimlər, Şərqi Avropada raket qalxanının yaradılması və sairə... Qısaca belə demək olar ki, nüvə gücləri bir-birlərinə meydan oxuyurlar.

- ABŞ-ın təcavüzkarlığı

Vaşinqton, Moskva və Pekindəki “şahinlər” işə başlayırlar. Rusiya sərhədləri yaxınlığında dörd hərbi batalyon yerləşdirən NATO, vəziyyəti daha da gərginləşdirib. Qərb ekspertləri belə şərtlər daxilində açıq müharibə ehtimalını istisna etmirlər. Bu yaxınlarda Qara dəniz üzərindədə baş verən qarşıdurma, qeyd etdiyimiz təhlükənin böyüklüyünü göstərir.

Bizim bildiyimizə görə, amerikanların “P-8 Paseydon” kəşfiyyat təyyarələri Qara dəniz akvatoriyası üzərindən qərbdən şərqədək Rusiya sərhəddi boyunca uçublar. Sonra isə onlar iki dəfə təhlükəli üslubda şimala tərəf yönəliblər, yəni Rusiya Federasiyasına doğru. Rusiya qırıcıları isə onların qarşısını alıb. Rusiya Hərbi Dəniz Donanmasının Qara dənizdə təlimlər keçdiyi bir vaxtda, bu cür sataşmaların baş verməsi, təhdid və öz qarşısında boyun əydirməkdən başqa, digər bir məqsəd daşıya bilməz.

- Biskvit kralı

2014-cü ildən Krım Ukrayndan ayrılaraq, Rusiyaya birləşdikdən sonra, iki nüvə dövləti arasındakı bu cür çəkişmələr çox tez-tez yaşanır. Məlumdur ki, 2014-cü ilin əvvəlində Qərb tərəfindən təşkil olunmuş narıncı inqliab nəticəsində Ukraynanın qanuni hökuməti devrilərək, prezident kürsüsünə biskvit və şokolad kralı Petro Poroşenko əyləşdirilib. Ukrayna millətçisi və rusofob Poroşenkonun hakimiyyətə gəlişindən sonra, əhalisinin əksəriyyəti rus dilində danışan Şərqi Ukrayna və Krım Ukraynadan ayrıldıqlarını elan ediblər. Sonradan isə Krım Moskva administrasiyasına keçib.

Bütün bunların hamısı Türkiyədəki siyasətdə, iş dünyasında, vətəndaş cəmiyyətində geniş iştirak edən Krım lobbisini narahat edib. Nəticədə, bu hadisələr Rusiya və Qərb arasında münasibətlərdəki gərginliyi yüksəltmiş və Qara dənizdə 1972-ci ildən indiyədək görünməmiş hadisələr baş vermişdir.

- Məsələnin məğzi

Son bir–iki ildə Qərb dünyasında daha çox terror mövzusu müzakirə edilirdi, lakin görünür ki, siyasətçilər məsələnin məgzinə gəlib çatıblar. “Le Monde Diplomatique” nəşri yazır: ”Ən həyacan vericisi odur ki, əksər siyasi liderlər, nəinki müharibənin ola biləcəyini güman edirlər, onlar müharibənin hər an başlayacağını düşünürlər”. Dünya tarixi göstərir ki, nə zaman ki, bu cür düşüncə ön plana çıxır, onda diplomatik yolla həl oluna biləcək problemlər müharibə ilə nəticələnir.

“İnstitute For National Strategic Studies” adlı təşkilatın 2015-ci ildə təşkil etdiyi seminarda qeyd edilib ki, Rusiya, ABŞ və NATO-nun sənədlərində əsas üstünlük müdafiə sferasına verilir.

nato

Bizim 23 avqust məqaləmizdə qeyd olunurdu ki, ABŞ-ın qlobal strategiyasındakı məqsəd, Rusiyanın əhatə dairəsinə alınmasıdır. Nəzərə alsaq ki, iqtisadi planda ABŞ-ın əsas rəqibi Çindir, onda belə nəticə çıxarmaq olar ki, bu nəhəng dövlətə növbə Rusiyanın mühasirə alınmasından sonra gələcək. Elə ki, Cənubi-Çin dənizində ABŞ-la Çin arasında gərginlik baş verdi, Çinin donanması Rusiya ilə birlikdə təlimlər həyata keçirməyə başladı. “G20”-nin son sammitində göründüyü kimi, Çin və Rusiyanın birləşməsi, ABŞ-ın imperiya gücünə qarşı balans yaradacaq faktor ola bilər. “G20”-də müşahidə edilən başqa bir yeni tendensiya isə, İkinci Dünya Müharibəsindən sonra ilk dəfədir ki, Yaponiyanın passiv şəkildə ABŞ-ın arxasınca getməkdən kənara çəkilməsidir.

- Qüvvələr balansı sülh gətirəcək

Son dövrlər və xüsusilə də 2008-ci ildəki böyük böhrandan sonra, biz qlobal güclərin Yaxın Şərq və Afrikadakı milli dövlətləri parçalamağa cəhd göstərdiyini və buna nail olmadıqlarında isə, bütöv dövləti necə məhv etdiklərini görürük (məsələn Liviyada). Bu cür təşəbbüslərin əmələ gəlməsinin səbəbi, ilk öncə ABŞ və onların Qərb müttəfiqlərinin əlində çox böyük hərbi, siyasi və iqtisadi gücün cəmləşməsindən qaynaqlanır. Əgər bu güc durdurulmazsa, onda dünyada tezlikə sülh olmayacaq.

Elə məhz buna görə də Tükiyənın Rusiya ilə barışması, terrorla mübarizə də daxil olmaqla, müxtəlif sferalarda Çinlə əməkdaşlığa gedilməsi və İsrail ilə müəyyən balans yaratması, sülhün təminatı nöqteyi-nəzərindən hədsiz dərəcədə müsbət hala çevrilir.

Bu arada Fələstin lideri Mahmud Abbasın və İsrail baş naziri Netanyahunun Putinin vasitəçiliyi ilə Moskvada görüşməsi, son illərin ən mühüm hadisələrindən olacaq. Aydındır ki, ABŞ-ın Yaxın Şərqin sahibi kimi imici dağılır. Fələstin məsələsində ABŞ-dan mərhəmət diləyən liberal ”mötədil islamçılar”ın “ərəbistanlı lourenslər” imici də, həmçinin ciddi şəkildə zədələnib.

- Biz tarix yazdıq

Türkiyənin ABŞ-ın peyki olmaqdan çıxması, beynəlxalq arenada qüvvələr balansına təminat yaradır. Bundan əlavə dünyanın ən böyük materikinin əsas mərkəzi kimi Türkiyə müstəqil olunca, imperiya hegemoniyası laxlayır və sülh ümidləri artmağa başlayır. Buna səbəb isə xalqımızın Ərdoğan liderliyindəki 15 iyul müqavimətidir. Əgər həmin gün çevriliş və ya hakimiyyətin işğal edilməsi baş tutsaydı, onda biz ABŞ və onun müttəfiqi Almaniyanın ambisiyaları naminə Ukrayna cəbhəsində piyadaydıq. Ölkə daxilində vətəndaş müharibəsinə və dünyada müharibəyə imkan verməyən xalqımız tarix yazıb.

Kayahan Uyqur

(“Günəş” qəzeti - Türkiyə)