Menu

Türkiyə ərazisi raket zərbələrinə - Məruz qalıb

13.09.2016, 12:58

raket-300x225Türkiyənin Hatay vilayəti Suriya ərazisindən raket hücumuna məruz qalıb. Trend bu barədə Türkiyənin "Haberturk" qəzetinə istinadən məlumat verir.

Qəzetin verdiyi məlumata görə, zərbələrdən sonra vilayət ərazisində güclü partlayış olub. Raket zərbəsi nəticəsində ölən və xəsarət alanlar barədə hələ məlumat verilmir.

Bunun ardınca Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində yerləşən İŞİD terror təşkilatının mövqelərinə cavab zərbələri endirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol