ABŞ 10 il müddətinə İsrailə 38 milyard dollar dəyərində hərbi yardım edəcək.
"Report" "Timesofisrael"-ə istinadən xəbər verir ki, rəsmi Vaşinqtonla Təl-Əviv arasında bununla bağlı yekun razılaşma əldə edilib.
Bu, ABŞ-ın İsrailə hərbi yardımı sahəsində rekord göstərici sayılır.
Məlumata görə, iki ölkə arasında müqavilənin yaxın günlərdə imzalanacağa gözlənilir.


Şərhlər