Menu

"Sarkisyan və Putinin son telefon danışıqları bu işğalçılıq rəzalətinin sübutudur” - ABŞ səfiri

21.04.2014, 21:51
"Sarkisyan və Putinin son telefon danışıqları bu işğalçılıq rəzalətinin sübutudur” - ABŞ səfiri

“ABŞ səfiri Ermənistanın Krım hadisəsi ilə bağlı mövqeyinə görə təəsüf edir”

“ABŞ səfiri Ermənistanın Krım hadisəsi ilə bağlı mövqeyinə görə təəsüf edir”. Ermənistanın “Epress.am” saytı belə yazır. Məlumata görə,  ABŞ-ın Ermənistandakı səfiri Con Xeffern “NATO və Cənubi Qafqaz” adlı konfransda çıxışı zamanı rəsmi İrəvanın Krım hadisəsi ilə bağlı münasibətindən təəsüfləndiyini bildirib:

“Rusiyanın Ukrayna torpaqlarına müdaxiləsi beynəlxalq qanuna zidd hərəkətdir. Ermənistan isə bu vəziyyətdə Rusiyanın yanında olduğunu bəyan edib. Serj Sarkisyan və Vladimir Putinin son telefon danışıqları bu işğalçılıq rəzalətinin sübutudur”.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyanla RF-nin dövlət başçısı Vladimir Putinin son telefon danışıqlarında Sarkisyan “Krımda keçirilən referendum xalqın öz hüquqlarını müdafiə etmək nümunəsidir” deyə bildirib.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol