“Əsas şahid Sevinc Babayeva Qurd qapısı sayağı aradan götürülməli idi”
Fəaliyyəti dayandırılmış ABU rektoru Elşad Abdullayev məşhur “mandat alveri” işində adı keçən Sevinc Babayevanın ölümü ilə bağlı ekspert rəyinin saxta olduğunu, siyasi sifarişlə verildiyini iddia edir. Həmin rəydə S.Babayevanın zəhərlənmə nəticəsində öldüyü versiyası təkzib olunur.
E.Abdullayev AzPolitika.info-ya bu gün göndərdiyi açıqlamasında yazır:
“Bir huquq professoru kimi hesab edirəm ki, belə mübahisəli məsələlər hüquq müstəvisində həll olunmalıdır, siyasi sifariş yolu ilə olmamalıdır. Bu saxta rəyi siyasi sifariş hesab edirəm.
Hər şeydən öncə, AR Cinayət prosessual qanunverciliyi əsas götürülməlidir. CP Məcəlləyə görə zərərçəkmişin fikri əsas götürülməlidir. Zərəçəkmişin anası, bacısı və oglu KİV-də müntəzəm olaraq bəyanatlar verir ki, Sevinc Babayevanın ölümünün səbəbini Gülər Əhmədovada, əri Fikrət və türk iş adamı Səlcuq Ağlayanda görürlər. Bu həqiqətdir, huquqi aksiomadır.
İkincisi, mütəşəkkil cinayətkar dəstə tərəfindən zərərçəkmişə qarşı olunan təzyiqlər. Hətta, bu məsələdə Sevinc Babayevanın oğlu Ayxan Məmmədov müntəzəm olaraq cinayətkar şəbəkənin üstünə getdiyi ücün, ona arxa duran qaynatası müəmmalı şəkildə həyatını dəyişdi. Ramiz Mehdiyevə yaxın qəzetçilərin və dırnaq arası müstəqil ekspertlərin Ayxana təzyiqləri də ondan şübhələnməyə əsas verir.
Üçüncüsü, Sevinc Babayeva haqqında verilmiş həqiqətə uyğun olmayan saxta fabrikovat olunmuş tibbi arayış Ramiz Mehdiyevin sifarişi ilə əldə olunmuşdur. Hacı Məmmədovun məhkəməsi subut etdi ki, qanlı banda başcısının da qırx ayaqlı iyrənc həşəratın (OSMİNOQ) sifarişi ilə qətlə yetirdiyi onlarla günahsız adamların haqqında Azərbaycan Məhkmə Tibb Ekspertlərinin fabrikovat olunmuş sifarişli arayışları olub . “QSMİNOQ”un sifarişi ilə qətlə yetirilənlər bir qayda olaraq “xəstəlikdən” ölmüşlər. Lakin, sonra Hacı Məmmədovun məhkəməsində müəyyən edildi ki, həmin adamları DİN-in generalı Zakir Nəsirovun əmri ilə qətlə yetiriblər. Hacı Məmmədov məhkəmədə etiraf etdi ki, o, “OSMİNOQ”un bir ayagıdır. Qirx ayaqlı iyrənc həşaratın qalan ayaqları bizim tərəfdən sosial şəbəkələrdə ictimailəşmiş gizli vidieogörüntülərdə qeyd olunan paqonlu əcinnələrdir.
Dördüncüsü, bir hüquqşünas kimi hesab edirəm ki, Sevinc Babayeva (Məktubun bu hissəsində konkret şəxsə qarşı ağır ittiham irəli sürülür-red) ...Türkiyədə qətlə yetirilibdir. Hüquqi-kriminoloji araşdırmalara görə, bu qətldə ən cox maraqlı şəxslər Ramiz Mehdiyev və Gülər Əhmədovadır. Sevinc Babayeva gizli videogörüntülərdəki ifadələri ilə bilavasitə Ramiz Mehdiyevi və keçmiş deputat Gülər Əhmədovanı ifşa edir. Ona görədə əsas şahid Sevinc Babayeva Qurd qapısı sayağı aradan götürülməli idi …
İmza: hüquq professoru Elşad Abdullayev
25 sentyabr 2013 İsvecrə”


Şərhlər