Menu

Azərbaycanda həyati vacib dərmanların siyahısı açıqlanıb

14.09.2016, 14:34
Azərbaycanda həyati vacib dərmanların siyahısı açıqlanıb

Azərbaycanda həyati vacib və təcili hallarda istifadə olunan dərman preparatlarının siyahısı açıqlanıb. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, siyahıda 305 adda dərman vasitəsinin adı əks olunub. Onlara müxtəlif tabletlər, kremlər, məlhəmlər, inyeksiya üçün məhlul, göz-burun damcıları, kapsul və digər dərman vasitələri daxildir.

305 adda dərman preparatından 115-i pərakəndə aptek şəbəkəsində mövcudluğu məcburi olan dərman preparatlarıdır (beynəlxalq patentləşdirilməmiş ad altında).  http://pharma.az/az/pages/id:64

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol