Menu

Dövlət Baytarlıq Nəzarəti Xidməti reydlər keçirir

14.09.2016, 18:00
Dövlət Baytarlıq Nəzarəti Xidməti reydlər keçirir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Qurban bayramı ilə əlaqədar sentyabrın 12 və 13-də gücləndirilmiş iş rejimində çalışıb.

Xidmətin mətbuat katibi Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, qurum sentyabrın 14-də Qurban bayramı və bayramdan sonra heyvan satışı və kəsimi məntəqələrində baytarlıq-sanitariya qaydalarına riayət olunmasına nəzarət məqsədi ilə reydlərini davam etdirib. Reydlər Yasamal, Xətai, Nərimanov rayonlarında aparılıb. Reydlər zamanı ayrı-ayrı vətəndaşlar tərəfindən icazə verilməmiş yerlərdə qanunsuz heyvan kəsimləri aparıldığı və baytarlıq-sanitariya qaydalarının pozulması qeydə alınıb. Pozuntular aradan qaldırılıb, ərazilər təmizləndikdən sonra Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən dezinfeksiya edilib.

Növbəti günlərdə də reydlər davam etdiriləcək, qanunsuz kəsimlə məşğul olan, baytarlıq-sanitariya qaydalarını pozan şəxslər haqqında ciddi inzibati tədbirlər, cərimə sanksiyaları tətbiq olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol