"Rəsul Quliyevin Milli Şuradan xaric edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan informasiya həqiqətəuyğun məlumat deyil." Bunu Avropa.info-ya açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, bu günlərdə ümumiyyətlə Milli Şuranın toplantısı keçirilməyib ki, bu məsələyə də baxılsin."Bunu yayanlar növbəti təxribata əl atıblar və Milli Şurada qarşıdurma yaratmaq istəyirlər. Birdə ki, R.Quliyev özünü müdafiə etməyi bacaran adamdır və o telefon danışığı ilə bağlı verdiyi açıqlamada deyib ki, bu montajdır. Qaldı ki, kiminsə Milli Şuradan çıxarılmasına bunun üçün qurumun sessiyasının keçirilməsi vacibdir və burada da məsələlər konsensus yolu ilə həll olunur. Belə bir nə iclas olub, nə də sessisya keçirilib. Odur ki, bu da növbəti bir yalandır. Vəssəlam", deyə o qeyd edib.


Şərhlər