Menu

Bakıda dənizdən qadın meyiti tapılıb

14.09.2016, 21:00

xezer-denizi_300Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 16.00 radələrində Xəzər dənizinin Buzovna qəsəbəsinə düşən sahilində suda boğulmuş naməlum qadın meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Buzovna qəsəbə sakini, 1969-cu il təvəllüdlü Həqiqət Məmməd qızı Mirzəyeva olması müəyyən edilib.

Ailəsinin verdiyi məlumata görə, H. Mirzəyeva səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Onun intihar etdiyi ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol