Menu

"Bizdə avtoritar ölkədən demokratiyaya keçid tamamlanmayıb hələ" - Ayaz Mütəllibov

15.09.2016, 18:05
"Bizdə avtoritar ölkədən demokratiyaya keçid tamamlanmayıb hələ" - Ayaz Mütəllibov

Bu il sentyabrın 26-da Konstitusiyaya 30-dək dəyişiklik ümumxalq səsverməsinə çıxarılacaq. Keçmiş prezident Ayaz Mütəllibov "Azadlıq radiosu"na açıqlamasında bildirib ki, bu dəyişikliklərin tam dolğun mahiyyətini ancaq prezident dərk edir:

"Bu dəyişikliklər siyasi zərurətdən doğur. Bunun da tam dolğun mahiyyətini ancaq prezident dərk edir. Başqa dövlətlərdə də Konstitusiyaya dəyişiklik edilir. Bu baxımdan, niyə bizdə də edilməsin? Bir də referendum xalqla məsləhətdir. Biz indidən necə deyə bilərik, xalq razı qalacaq, ya qalmayacaq? Səsvermə göstərəcək. Ancaq bu dəyişikliklərə ölkədaxili zərurət var. Qlobal dəyişikliklər gedir, iqtisadi böhrandan çıxmağa meyl göstərilir, ancaq bunun nə vaxt mümkün olacağı, bizi sabah, ya birisigün nə gözlədiyi bəlli deyil. Bu baxımdan da referendum zəruridir.

Bizdə keçid dövrü, yəni avtoritar ölkədən demokratiyaya keçid tamamlanmayıb hələ. Keçid dövrü də mürəkkəb dövrdür. Bizim avtoritar dövlətdə yaşadığımız illər hələ bədənimizdən çıxmayıb. Ona görə demokratiyanı şüara çevirib, demokratik sözlər işlətməklə nəyəsə nail olmaq çox çətindir. Belə bir zamanda 1990-cı illərin əvvəlindəki hadisələr baş verə bilər. Deyirlər: «Biz demokratiya uğrunda mübarizə aparırıq», amma ötən illərdə biz bunu deyənlərdən gördük ki, demokratiya qıraqda qalıb, hakimiyyət uğrunda mübarizə gedir. Bunun acı nəticəsi göz qabağındadır.

Elə mənim timsalımda götürək. Ona görə bu lazımdır və ölkə prezidenti düşünülmüş şəkildə buna gedir. Vitse-prezidentliyə gələk. Bu, müasir dünya quruluşuna uyğundur, köməkçi deməkdir. İndi prezident onlara hansı funksiyanı verəcək, bilmirəm. Hər halda, bu da lazımdır. Bilirsiz, hökumətə irad tutanlar az deyil. Yəqin hakimiyyətdə köklü dəyişikliklər getməlidir. Prezidentin yəqin bununla bağlı fikirləri var."

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol