Menu

İraqda partlayış baş verib - 2 ölü, 13 yaralı

15.09.2016, 23:27

terror-partlayishHələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib

İraqda baş vermiş iki partlayışda 2 nəfər ölüb, 13 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi polisdəki mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, bombalardan biri Bağdadın şimal-şərqindəki bazarda partlayıb. Partlayış nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Səkkiz nəfərin xəsarət aldığı ikinci partlayış isə parkda qeydə alınıb.

Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol