Menu

Keçmiş prokurorun meyiti həbsxanada aşkarlandı

16.09.2016, 16:20
Keçmiş prokurorun meyiti həbsxanada aşkarlandı

Türkiyənin Bursa şəhərində Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqədə şübnhəli bilinərək həbs edilmiş keçmiş prokuror Seyfettin Yigitin meyiti həbsxananın tualetində asılmış vəziyyətdə aşkarlanıb.

"Report" "Turkiyegazetesi"nə istinadən xəbər verir ki, meyit müayinə üçün Ədliyyə Nazirliyinin morquna aparılıb.

Məlumata görə, o, FETÖ-ya qarşı keçirilən əməliyyat çərçivəsində şübhəli şəxs qismində saxlanılmış, bir müddət sonra isə Seyfettin Yigit barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Həmçinin oxuyun: Ərdoğan: "Türkiyə xalqı edam cəzasının qaytarılmasını tələb edir"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol