Menu

"İŞİD-in daha bir lideri öldürüldü" - Pentaqon

17.09.2016, 11:34
"İŞİD-in daha bir lideri öldürüldü" - Pentaqon

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) koalisiya qüvvələrinin hava hücumları nəticəsində Suriyada İŞİD-in əsas liderlərindən birinin öldürüldüyünü açıqlayıb.

Pentaqon sözçüsü Peter Cook yazılı açıqlmasında bildirib ki, İŞİD-in "informasiya naziri", "Dr. Vail" kimi tanınan Vail Adil Həsən Salman Əl Fayad Rakka yaxınlığında öldürülüb.

"Dr.Vail İŞİD-in işgəncə və edamlarının əks olunduğu videoların hazırlanması və yayılmasına cavabdeh şəxs olub. Bundan başqa, o, İŞİD-in Yüksək Şurasının da üzvü idi. Dr.Vail sentyabrın 7-də öldürülüb", - deyə sözçü bildirib.

Qeyd edək ki, İŞİD Rakkanı "paytaxt" elan edib.

Xatırladaq ki, Pentaqon bundan əvvəl İŞİD-in sözçüsü Məhəmməd Əl Adnaninin avqustun 30-da Suriyanın şimalında həyata keçirilən hava hücumları nəticəsində öldürüldüyünü açıqlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol