Menu

Krıma böyük köç başladı

17.09.2016, 13:13
Krıma böyük köç başladı

Rusiya hökuməti aktiv şəkildə Krıma Rusiya Federasiyasının müxtəlif bölgələrindən əhali köçürməyə başlayıb.Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına müsahibəsində Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib. Onun sözlərinə görə, artıq Krıma 15 min dövlət işçisi gətirilib:

“Krımdakı keçmiş işçilərə artıq inam yoxdur. Ona görə də onları Ural və digər yerlərə göndərirlər. Yarımadaya daha çox hərbçilər gətirilir. Bəzi mənbələrə görə, artıq Krıma müxtəlif bölgələrdən yarım milyon insan gətirilib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol