Türkiyənin Hakkari əyalətində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı insident baş verib.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, Hakkari-Çukurca avtomobil yolunun üzərində yerləşən Ağacdibi kəndinin yaxınlığında yaranmış qarşıdurmada 2 hərbçi şəhid olub, 4-ü isə yaralanıb. Yaralı hərbçilər Hakkari Dövlət Xəstəxanasına qaldırılıblar.
Məlumata görə, 4 terrorçu ölü olaraq ələ keçirilib.
Terrorçuların zərərsizləşdirilməsi üçün genişmiqyaslı əməliyyat başlayıb.

Şərhlər